“Azərbaycanda həkimlər çox yaxşı yaşayırlar”

“Azərbaycanda  həkimlər çox yaxşı yaşayırlar. Xüsusən ixtisaslaşmış həkimlər qədər varlı yaşayan kimsə yoxdur”.   
Bu sözləri “Sherg.az”a Azərbaycan Demokratik Partiyasının(ADP) sədri, həkim Sərdar Cəlaloğlu bölgələrində ixtisaslaşmış həkim çatışmazlığından danışarkən deyib.   
Onun sözlərinə görə, hər şeydən öncə insanlarda ictimai şüur olmalıdır:

 “Öz millətinə,xalqına xidmət etmək üçün şəxs hər cür çətinliklərə dözməlidir. Amma çox təəssüf olsun ki, artıq  merkantilizm elə bir prinsipə çevrilib ki, insanlar öz vətəndaşlıq hislərini saxlaya bilməyiblər.Ona görə də harda həyat yaxşıdırsa,hamı ora qaçır”.