Əhməd Əhmədzadənin bacısı oğluna vəzifə verildi


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.  

Unikal.org-un əldə etdiyi məlumata görə, ASC sədri Zaur Mikayılovun müvafiq əmri ilə Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri Əjdər  Cavadov vəzifədən çıxarılıb. 

ASC sədrinin digər əmri ilə Elçin Məmmədov həmin şöbəyə rəhbər təyin edilib. 

Onu da qeyd edək ki, Elçin Məmmədov Baş nazirin müşaviri Əhməd Əhmədzadənin bacısı oğludur.