SEPAH-ın hərbi müşaviri İsrailin Suriyaya zərbələri nəticəsində ölüb

İsrailin Dəməşqə endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi müşaviri Məcid Divani ölüb.
APA xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.

Məlumatda Məcid Divaninin İsrailin 3 gün əvvəl Dəməşqə hücumu zamanı yaralandığı, aldığı xəsarətlərdən bu gün həyatını itirdiyi qeyd olunub.