Cənubi Kipr Azərbaycana investisiya qoyuluşu 7 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Cənubi Kipr Azərbaycan iqtisadiyyatına 553,7 milyon ABŞ dolları investisiya yatırıb.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azdır.

Hesabat dövründə Cənubi Kiprin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,2 % olub.