2026-cı ildə ATƏT-in sədri İsveçrə olacaq

İsveçrə 2026-ci ildə ATƏT-ə sədrlik edəcək.

APA-nın məlumatına görə, bu barədə təşkilatın saytında qeyd edilib.

Bildirilib ki, İsveçrənin quruma sədrliyinin mürəkkəb dövrə təsadüf etdiyi vurğulanıb.

“İsveçrə bu mühüm vəzifəni çox mürəkkəb bir siyasi şəraitdə həyata keçirəcək” – deyə, rəsmi məlumatda qeyd edilib.

Qeyd edək ki, İsveçrə tarixində üçüncü dəfə bu mötəbər quruma rəhbərliyi həyata keçirəcək.

Xatırladaq ki, gələn il quruma sədrlik funksiyasını Filandiya öz üzərinə götürəcək.