Dövlət Komitəsi Ukraynadan Polşa və Macarıstana keçən azərbaycanlılara müraciət edib

Diasporla İş üzrə Dövlər Komitəsi Ukraynada yaranmış vəziyyətlə bağlı digər qurumlarla koordinasiyalı şəkildə işləyərək, soydaşlarımızın heç bir xəsarət almadan Azərbaycana gəlmələri üçün bütün imkanlarını səfərbər edib.

Komitədən Sherg.az-a verilən məlumata görə, Polşa və Macarıstana keçə bilən azərbaycanlılar Vətənə təxliyə olunana qədər bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan evlərində qala bilərlər.

Polşadakı Azərbaycan Evinə +48 732 858 585, Macarıstandakı Azərbaycan Evinə +994 50 662 19 89
telefon nömrələri vasitəsilə müraciət edə bilərlər.

Qeyd olunur ki, telefon nömrələri 24 saat aktivdir.