İranın xarici işlər naziri Abbas Əraqçi Livanın Baş naziri Nəcib Mikati ilə görüşüb.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, Nəcib Mikati Beyrutda görüş zamanı İrana çətin anlarda Livan hökumətinə və xalqına dəstək verdiyinə görə, təşəkkür edib. Baş nazir Əraqçiyə Livandakı son hadisələrlə bağlı məlumat verib və BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyini pisləyib.
Əraqçi İsrailin hücumunun dayandırılması üçün beynəlxalq təşkilatların birgə fəaliyyət üçün səfərbər edilməsinin vacibliyini vurğulayıb.
***
İranın xarici işlər naziri Abbas Əraqçi Livan rəsmiləri ilə görüşlər keçirmək üçün Livanın paytaxtı Beyruta səfər edib.
APA xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Məlumatda bildirilib ki, Abbas Əraqçinin Livanın baş naziri Nəcib Mikati və parlamentin spikeri Nəbih Berri ilə görüşəcəyi gözlənilir. Onun Livandakı son hadisələri və regional vəziyyəti müzakirə edəcəyi gözlənilir.