DSX-dən əməliyyat: İrandan “Marlboro” qaçaqmalçılığının qarşısı alındı - FOTO


Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıqla mübarizə sahəsində fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən külli miqdarda tütün məmulatlarının qanunsuz olaraq ölkəyə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Oxu.Az-a Dövlət Sərhəd Xidmərindən (DSX) məlumat verilib.  

Fevral ayının 26-da saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən 6 ədəd sarı rəngli bağlamada 580 blok (5800 ədəd) “Marlboro” markalı siqaret aşkar olunaraq götürülüb.

Fevral ayının 27-də saat 23:30 radələrində “Astara” sərhəd nəzarət şöbəsinin dəmir yolu bölməsində “İİR Astara - AR Astara” yük qatarının mühərrik hissəsinin gizlin saxlanc yerlərinə baxış keçirilərkən lokomotivin sürücüsü Astara rayon sakini 1989-cu il təvəllüdlü Quliyev Elvin Rafiq oğlu və köməkçisi Masallı rayon sakini 1978-ci il təvəllüdlü Kazımov Bəxtiyar Qulaməli oğlu tərəfindən gizlədilmiş 796 qutu “Manchester” və 50 qutu “Marlboro” markalı siqaret aşkar olunaraq Astara dəmiryolu gömrük postuna təhvil verilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.