Tahir Kərimlini ölümlə hədələyən şəxs AXTARILIR


Milli Məclisin deputatı Tahir Kərimlini ölümlə hədələyən şəxs barəsində araşdırma aparılır.

Bu barədə Modern.az-a deputat özü məlumat verib.

Tahir Kərimli araşdırmanın gedişatı ilə maraqlandığını söyləyib:

“Anamın vəfatının ildönümü ilə əlaqədar bir neçə gündür paytaxtda deyildim. Amma müvafiq orqanlara müraciət etmişdim və araşdırma aparılır. Mənə təhdid məktubu yazan şəxsin adı, soyadı, Moskva ünvanı məlumdur. Qalanı hüquq-mühafizə orqanlarının işidir. Prosesin gedişatına mane olmamaq üçün daha artıq məlumat vermək istəmirəm”.

Qeyd edək ki, fevralın 16-da sosial şəbəkələrdə deputat Tahir Kərimlinin oyuncaq “əjdaha” ilə videosu yayılmışdı. Videogörüntülərdə parlamentari ölümlə hədələndiyini bildirib. Daha sonra Tahir Kərimli bu təhdidlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.