İstanbulda Türkiyə Azərbaycan Qadın Sahibkarlarının İş Forumu - FOTOLAR



Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan və Türkiyə iş qadınlarının əməkdaşlıqlarının möhkəmləndirilməsi məqsədilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) birgə təşkil etdiyi “Türkiyə Azərbaycan Qadin Sahibkarlarının İş Forumu” keçirildi. Forumda çıxış edən “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İdarə Heyətinin sədri Səkinə Babayeva və Türkiyəli tərəfdaşı Ayla Harp ilk öncə Xocalı Soyqırımının 30 cu ilimdə Şəhidlərimizi rəhmət və minnətlə andılar. 

"Sherg.az" xəbər verir ki, Səkinə Babayeva Türkiyə Azərbaycan xalqlarının tarixi qardaşlıq bağlarından danışaraq, 1915-ci ildə Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycanın bir çox bölgələrində, eləcə də paytaxt Bakıda erməni daşnakları ilə mübarizəsini və qələbəsini xatırladı və 44 günlük savaşda da yenə Türkiyəli qardaşlarımızın bizə önəmli dəstək verdiyini xüsusi qeyd edərək, hər bir Türkiyə vətəndaşına öz təşəkkürünü bildirdi. O “Ev dörd bucaqdan ibarətdir, amma Vətən bir ovuc torpaqdır və öldüyümüzdə o bir ovuc torpaq bizim ərməğanımız olur. Türk analarına minnət borcluyuq, onları alqışlayıram, çünki hər bir Şəhid evladının axasımda qəhrəman qadınlarımız dayanır. Bu gün bizi bir araya gətirən də bu qadınlardır” deyərək iş dünyasında da qadınların bir araya gəlməsini, işgüzar qarşılıqlı əməkdaşlıq fəaliyyətlərini genişləndirməsini ölkələrimizin iqtisadi gücünü artırmaq istiqamətində mühüm strateji addım olduğunu vurğuladı. Ümumi fəaliyyətlərindən bəhs edən Səkinə Babayeva Qarabağla bağlı “Əməkdən zəfərə” adlı layihələri ilə ilgili qeyd etdi ki; 10 qadın 140 layihə təqdim edib, bunun 10-u istehsal yönümlüdür və bu layihələrin gələcəkdə işğaldan azad edilmiş bölgələrimizin insanı üçün çox faydalı olacağını düşünürəm.

Qeyd edim ki, 2019 cu ildə İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafını dəstəkləmək məqsədi ilə Türkiyə Palatalar və Birjalar Birliyi və Türk Dövlətləri Birliyinin əməkdaşlığı çərçivəsində Türk Ticarət və Sənaye Palatası yaradılmışdır. 2021 ci ilin Noyabr ayında isə Türk Ticarət və Sənaye Palatası 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılmış və Azərbaycanda “Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İdarə Heyətinin sədri Səkinə Babayeva Komitəyə sədr seçilmişdir.

Forumda Malatya Universitetinin rektoru Prof. Dr. Aysun Bay Karabulut da çıxış edərək, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın stratejik əhəmiyyətindən danışaraq, Azərbaycanla təhsil sahəsində də əməkdaşlıq etdiklərini və bununla ilgili bu yaxında Azərbaycana səfər edəcəklərini bildirdi. O qeyd etdi ki, iqtisadiyyatı gücləndirmək üçün biliyi artırmaq lazımdır, inkişaf biliyə dayanaraq yüksəlməlidir.

Torplantida bir çox Azərbaycan şirkətləri – “Gülnarə Xəlilova Moda Evi-Azərbaycan Milli Geyim Mərkəzi”, “Aztekstil MMC”, “CVM Jewellery”, “Gizia Baku”, “Karval L”, “Şems Arslan”, “AMT Ticarət”, “Turkuaz” və başqaları təmsil olunurdu.

Yaqut Misirxanlı

İstanbul