İlon Maskdan Ukraynaya dəstək - FOTO


Ukrayna ərazisində “StarLink” peyk stansiyası aktivləşib.

Beləliklə, İlon Mask Rusiya ilə müharibədə Ukraynaya dəstək olub.

“Tesla Inc”dən “Starlink” peyk stansiyalarının ilk partiyası artıq Ukraynaya gəlib. Bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov öz “Telegram” kanalında məlumat verib:

“StarLink” peyk internet stansiyalarının ilk partiyası Ukraynaya çatıb! İlon Maska və azad Ukraynanın bütün tərəfdaşlarına təşəkkür edirik! Biz bütün cəbhələrdə mübarizəni davam etdiririk!”.

Xatırladaq ki, “Starlink” bu il fevralın 27-dən Ukraynada fəaliyyətə başlayıb.

Bundan əvvəl amerikalı milyarder və “SpaceX”in qurucusu İlon Mask Fedorovun ukraynalılara peyk internetə çıxışı təmin etmək xahişi ilə razılaşıb.

“StarLink” mövcud olmayan yerlərdə yüksək sürətli peyk İnternetə çıxışı təmin etmək üçün “SpaceX” tərəfindən buraxılmış qlobal peyk sistemidir.