Şirkət ağacları kəsdi, nazirlik hərəkətə keçdi

Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Bu barədə Oxu.Az-a Ekologiya və Təbi Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Fərid Piriyev məlumat verib.
O bildirib ki, araşdırma zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən qazıntı işləri aparılan zaman iki ağacın qanunsuz köçürüldüyü, üç ağacın isə kəsildiyi müəyyən edilib: 
“Faktla bağlı MTK-nın məsul şəxslərinin məsuliyyətə cəlb olunması üçün tədbirlər görülür”.