Xaçmazda su basmış ərazilərin GÖRÜNTÜLƏRİ - VİDEO

Xaçmaz rayonunun İstisu qəsəbəsində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, gün ərzində FHN-nin Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilib.
Sözügedən əməliyyatın görüntülərini təqdim edirik: