Novruz tətilində qorxunc “yol terroru”: Ölənlərin sayı açıqlandı

Novruz tətili günlərində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, martın 19-dan 27-dək Azərbaycanda 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəticədə 16 nəfər ölüb, 7 nəfər xəsarət alıb.