Ayaz Mütəllibovun oğlu İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdi


“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dəfn mərasiminin təşkili üçün təşəkkür edirəm”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov bildirib.
“Çətin gündə bizim yanımızda olanlara minnətdarıq. Mənə bu barədə danışmaq çətindir”.