PA-nın Vətəndaş Qəbulu Mərkəzinin aprel ayı üçün qəbul cədvəli açıqlanıb

Azərbaycan Prezidenti Administrasiyasinin Vətəndaş Qəbulu Mərkəzində aprel ayı üçün vətəndaşların qəbul cədvəli açıqlanıb.

"Report" xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev,79 ünvanında yerləşən mərkəzdə qəbula yazılma vaxtı saat 9:00-dan 13:00-dək mümkündür.

Qəbul saat 14:00-dan başlayır.
Əlaqə üçün: Çağrı Mərkəzi - 1111