Tahir Kərimli onu təhdid edən şəxsdən danışdı

“Mən hələ də təhdid olunuram. Amma bununla bağlı işlər həyata keçirilir. Təhdid edən şəxs Moskvada yaşayır. Onun ünvanı da artıq bəllidir”. 
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. 
Millət vəkili bildirib ki, onu təhdid edən şəxslə bağlı ölçü götürüləcək: “Həmin şəxs Moskvada “Kotelniki” metro stansiyasının yaxınlığında yaşayır. Dəqiq ünvanı da bəllidir. Akademik Jukov küçəsində 2 nömrəli evdə yaşayır. İndi həmin məsələ araşdırılır. Gözləyirik, görək, bu təhdidin sifarişini kim verib”.