16 yaşlı qız ana oldu!- “...Öz övladına qoşulub böyüyəcək” – BİABIRÇILIQ

Yazıçı Pərvin:“Məktəbin, universitetin, təhsilin və s. qadın həyatındakı rolu haqqında deməyimizə, göstərməyimizə və yazmağımıza ehtiyac var"


Gəncədə 16 yaşlı qız ana olub. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.Şəhər sakini A.B Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanasında doğum edob. Ana və uşağın vəziyyəti normal qiymətləndirilir. 

Qeyd edək ki, 16 yaşlı qız 2020-ci ildə ailə həyatı qurub.Uşaqlar cəmiyyətin əsas strukturudur. Onlara nə versəniz, onu da alarsınız. Buna görə də övladladlarımıza təhsil, tərbiyə verməli, inkişaf, maarifləndirmə və s. istiqamətlərdə dayaq olmalıyıq. Lakin bəzi valideynlər öz qızlarını bunlardan məhrum edir. Bunun bir çox səbəbləri var. Onlardan biri də evlilikdir. Erkən nikah azyaşlı qızların savadlanmasına, uşaqlıqlarını yaşamasına, fərd kimi formalaşmasına mane olur. Yeniyetmə yaşında övlad sahibi olurlar. Doğuş zamanı gənc ananın ölməsi də bir çox hallarda müşahidə olunur. Təəssüf ki, bu mövzu müasir dövrdə hələ də aktualdır

Yetkin yaşa çatmayan qızların ana olması ilə bağlı “Sherg.az”a münasibət bildirən yazıçı Pərvin bunun tale mövzusu olduğunu vurğulayıb:

“Bu gün Yazıçılar Birliyində tədbir keçirdik. Orada müzakirə etdik ki, maarifləndirici mətnlərin və addımların çağdaş zamanda mənası varmı? Ən əsası bunlar lazımdırmı? Ustadlarımızın, özümüzün və gənclərimizin yanaşması belə oldu ki, bəli, lazımdır. Təbii ki, məsələ tale mövzusudur. 

Gənc ananın öz övladı ilə birlikdə bundan sonra nələr yaşayacağını deyə bilmərik. Hələ ən azından o faktı da nəzərə almalıyıq ki, bizim nənələrimiz və analarımız yeniyetmə yaşlarından ana olub.

 Çox gözəl övlad böyütməyi bacarıblar. Amma bütün hallarda, çağdaş dünyanın tələbidir ki, xanımlarımız təhsil almalıdır. 16 yaşlı ananın bundan sonra təhsil alması əgər problem olacaqsa, hə, bu düşündürücüdür, həll olması vacib məsələdir”.

 Yazıçı müasir cəmiyyətdə qadının təhsil almasının vacibliyindən bəhs edib:

“Məktəbin, universitetin, təhsilin və s. qadın həyatındakı rolu haqqında deməyimizə, göstərməyimizə və yazmağımıza ehtiyac var. Bu cəhətdən çoxlu videoçarxlar hazırlanır, sosial şəbəkələrdə müzakirələr aparılır. Yazıçı və şairlərimiz bu barədə xeyli yazıblar. XIX-XX əsrlərin maarifçilər həmin mövzuya toxunublar.

 Xüsusilə, M.Cəlil, M.Ə.Sabir və s. kimilərin yaradıcılığında uşaq yaşda evlilik aktual problem kimi qələmə verilib. Bəlkə, 16 yaşlı ana birazdan öz övladına qoşulub böyüyəcək, inkişaf edəcək gözəl ailə sahibi olacaq, yetkinləşəcək. 

Amma bunlar istisna deyil. Savad və bilik güc deməkdir. Müasir cəmiyyətdə bir qadının güclü olması zəruri məqamlardan biridir”.