Nazirin birinci müavini dəfn olundu - YENİLƏNİB + FOTO

Bu gecə uzun sürən xəstəlikdən sonra vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fətizadə dəfn olunub. 
“Report” xəbər verir ki, İ.Fətizadə Bakıdakı “Qurd qapısı” qəbirstanlığında torpağa tapşırılıb.

11:29

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, vida mərasimi saat 13:00-da İlqar Fətizadənin Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşadığı binada keçiriləcək.

10:08

Maliyyə naziri Samir Şərifovun birinci müavini İlqar Fətizadə vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gecə dünyasını dəyişib.

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olub.

1992-ci ilin aprel ayında maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

1999-cu ildən maliyyə nazirinin birinci müavini idi.