Gürcüstan nümayəndə heyəti Cəbrayıl şəhərinə səfər edib

Gürcüstanın mədəniyyət xadimlərinin, ekoloqlarının, türkoloqlarının və bloqerlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.

“Report” xəbər verir ki, Gürcüstan nümayəndə heyəti bu gün Cəbrayıl şəhərində olub.

Səfər çərçivəsində onlar işğal zamanı ermənilərin törətdikləri dağıntılarla, eləcə də bu ərazilərin bərpası istiqamətində aparılan işlərlə tanış olacaqlar.

Aprelin 16-da Gürcüstan nümayəndə heyəti Şuşa şəhərinə səfər edəcək.