Gürcü müğənni: "Terror aktlarına məruz qalan yerləri görəndə insanın qanı donur”

"Mən Gəncədə ilk dəfə olurdum. Şəhər məni sözün yaxşı mənasında təəccübləndirdi. Çox qədim tarixə malikdir Gəncə. Gəncə Dövlət Dram Teatrının yeni binası çox möhtəşəm idi. Mən çox sevinirəm ki, ekspromt da alınsa bu teatrın səhnəsində hamının çox sevdiyi "Sarı gəlin" mahnısını ifa etdim.

Bu açıqlamanı APA-nın yerli bürosuna tanınmış gürcü müğənnisi Veriko Turaşvili verib. Onun sözlərinə görə yaxın vaxtlarda Azərbaycan bəstələrindən ibarət albom hazırlayır. Gənc musiqiçi ümidvardır ki, bu mahnılar həm Azərbaycan, həm də gürcü dinləyicilərinin ürəyincə olacaq.

"Gəncədə olanda 44 gün ərzində bombalanan, terror aktlarına məruz qalan ərazilərdə də olduq. İnsanın qanı donur bu səhnələri görəndə. Dəhşətlidir. Mən çox üzüldüm o uşaq oyuncaqlarını görəndə" deyə Veriko Turaşvili əlavə edib.