Gürcüstan nümayəndə heyəti Ağdam şəhərində olub

Gürcüstanın 21 nəfər mədəniyyət xadimindən ibarət nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərdə olublar.

"Report"un Qarabağ mərkəzinin verdiyi xəbərə görə, gürcü qonaqlar Ağdam şəhərinə səfərləri zamanı ənənəvi marşrut üzrə İmarət kompleksi, Çörək muzeyi, mədəniyyət evi, Cümə məscidində olublar.  

Onlar ermənilərin Ağdamda törətdikləri vəhşiliklərdən dəhşətə gəldiklərini ifadə ediblər.

Daha sonra Gürcüstanın mədəniyyət xadimləri Ağdam şəhərində dağıdılan Şəhidlər Xiyabanında olublar, səfərin yekununda qonaqlar Ağdamın yenidən qurulacaq baş planı ilə tanış olublar.