Maddi sıxıntılar çəkdiyini deyən Aysel partlayış günündən GÖRÜNTÜLƏR PAYLAŞDI - VİDEO

“Bir azdan yenə əməliyyata gedəcəyəm. Yanımda bir qız var idi, o, dünyasını dəyişdi. Baxmayaraq ki, o məndən fərqli olaraq yanğından daha uzaq idi. Deyirlər ki, “Pis insana heç nə olmur”. Bəlkə də mən pis insanam. Bu hadisə məni çox sarsıtdı. Allah yazısıdır. Bəxtimizə nə yazılıbsa, o da olacaq. Yaşayıram, amma yaşadıqlarımı unuda bilmirəm”.
Oxu.Az-ın məlumatına görə, bu sözləri “Location” gecə klubunda baş verən partlayışda ciddi yanğın xəsarətləri alan məşhur bloqer Aysel Şükürova sosial şəbəkə hesabında paylaşdığı videoda deyib.
Bloqer onun bu dar günündə arxa çevirən qohumlarına qarğış edib:
“Mənim bu ağır günümdə, qan bağı olan qohumlarım hər zamankı kimi məni saymadı. Ayıbı yoxdur, Allah bəlalarını versin. Onlara həmişə nifrət etmişəm. Nifrət eləməyə də davam edəcəyəm. Öz pisliklərində boğulsunlar”.
Səhhətindən söz açan Şükürova bunları söyləyib.
“Yuxu dərmanları atıram, key kimiyəm. Düzələcəyəm və daha da yaxşı olacağam. Ayağımdakı yanıqlarım 6 aya sağalacaq. Ayaqlarımdan savayı əllərim, üzüm də yanıb. Yavaş-yavaş üzümlə, əllərim sağalır. Ayaqlarıma görə, bəlkə Türkiyəyə getdim. Orada əməliyyat etdirəcəyəm.”
Bloqer hazırda maddi sıxıntılar çəkdiyini də dilə gətirib:
“Maddi cəhətdən çox çətinlik çəkdim. Çünki mən tək qadınam, üç uşağa baxıram. Ailəm, yaxın dostlarım mənə maddi köməklik etdilər”.
Şükürova partlayış günündən olan videogörüntüləri paylaşıb. Görüntülərdə klubda rəqqasə olan Seneqal vətəndaşı da var.
Sözügedən videonu təqdim edirik: