Azərbaycanda 17 yaşlı oğlan yoxa çıxdı - FOTO

Şabranda yeniyetmə oğlan itkin düşüb.
Lent.az xəbər verir ki, rayonun Vələsli kənd sakini 17 yaşlı Qasımov Samuray Rafət oğlu aprelin 15-də evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onu görənlərdən polisə və atası Rafət Qasımovun (070)674-95-36 mobil nömrəsinə məlumat vermələri xahiş olunur.