Kamran Əliyev prokuroru işdən çıxartdı - Yeni TƏYİNAT

Baş Prokurorluqda kadr islahatı olub.
Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Daşkəsən rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad olunub.
K.Əliyevin digər əmri ilə o, Tovuz rayon prokuroru vəzifəsinə təyin edilib.
Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatı təsdiqləyib.