Jurnalist əndişədə!- “Məni izləmək, hədə-qorxu gəlmək...”

Xəbər verdiyimiz kimi , 30 may gecə saatlarında jurnalist Aləmdə Nəsib "fecebook"da ictimai nəqliyyatla bağlı narazılıq ifadə edən canlı yayın açıb.O,204 nömrəli marşrut xəttinin fəaliyyətindən şikayətlənib.Bu gün isə həmkarımız öz feysbuk hesabında həmin gündən sonra sözügedən avtobus sürücüləri ilə qarşı-qarşıya qaldığına dair paylaşım edib:
"İşə düşmüşəm. Yenə 204-ün sürücüləri ilə qarşı-qarşıya qalmışam. Bunlar elə bilirlər ki, dərdim- azarım işlərinə mane olmaqdır. Güya bunlarla prinsip aparırarm. Daha anlamırlar ki, belə yaşamaq olmaz! Hamı görməzdən gəlsə, "əşi cəhənnəm" desə düzəlməyəcək.Nəysə, yenə gözlər üzərimə dikilib. Ümid edirəm, bu dəfə məni izləmək, hədə-qorxu gəlmək kimi yollara əl atmayacaqlar. Belə şeylər çox da vecimə deyil, haqqımı tələb edirəmsə, kimsə mənə bunun əksini qəbullandıra bilməz.Təəssüf ki, canlı yayım açdığım gecə kameranı söndürdükdən sonra DİN-in mühafizə polislərindən bir neçəsi və orada hansı işə baxdığı məlum olmayan, "mən burada işləmirəm" desə də, yan-yörəmdə fırlanıb, "sən çox oldun ha! Qadınsan yerini bil!" deyib kobudlaşanlardan narahat oluram, belə davranışlarını qəbul etmirəm!".

Həmkarımızın sözlərinə görə, həmin gecədən sonra Koroğludakı dayanacaqda, avtobusda sürücülər onun narahat etməyə davam edirlər:

 "Yuxarıda da qeyd etdiyim kimi az qalırlar məni "razborkaya" çağırsınlar.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ,Bakı Nəqliyyat Agentliyi xəbəriniz olsun!".