Şəhiddən deyil, Tosudan yazan media!  – Artıq olanda dərd verir İP-də...   


Bir müddət öncə Azərbaycan ictimaiyyəti hərbi qulluqçumuz Məmədov İlkin Novruz oğlunun Kəlbəcər istiqamətində şəhid olması xəbəri ilə sarsıldı. Amma  Tik-Tok əyləncə platformasında videoları ilə tanınan Tosu Zəngilanlının ölümünə dair məlumat şəhid xəbərini sanki unutdurdu. Əslində elə faciəmiz də buradan başlayır. Azərbaycan ictimaiyyəti şəhidimiz kimliyi, hansı döyüş şəraitində şəhid olması və ya göstərdikləri şücayətlərdən danışmalı, yazmalı olduğa halda Tosu Zəngilanlıdan bəhs etdi. Elə Azərbaycan mətbuatı da “Tosu Zəngilanlı ilə bağlı xəbərlər oxunur, İp gətirir” iddiası ilə onun kimliyinə dair xəbərləri tirajlamağa başladılar. Bu isə ciddi müzakirə və mübahisələrə yol açdı.  

Adıçəkilən tik-tokerin məşhurlaşdırılaraq bu səviyyəyə çatması və reklam edilməsində mətbuatın günahı olduğunu deyən sosioloq ,jurnalist Lalə Mehralı "Sherg.az"a açıqlamasında bildirib ki, İP xatirinə belə xəbərlər paylaşan saytlar və media qurumları öz rəzilliklərini göstərdilər.

 "Bu ölüm hadisəsi ilə eyni gündə, hərbiçimizin şəhid olması və Vətən müharibəsi Şəhidlərimizin il dönümü xəbərləri də var idi. Lakin bu xəbərlərin heç biri bu qədər reklam olunmadı və gündəmə gətirilmədi.
 Hesab edirəm ki, belə hallarla bağlı ilk günah media resurslarında, digəri isə oxucu kütləsindədir. Bu kimi məsələlərin fərqində olan çox az jurnalist var. 

Çox təəsüf ki, peşə etikasını reklama və gəlir qazanmaq hədəfinə satan həmkarlarımız da günü-gündən çoxalır".

Nihat Müzəffər