YAP-çı deputat qazilərin problemindən danışmaq istəmədi 


Bu gün Qarabağ qaziləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında  etiraz aksiyası keçirib. Onlar nazirliyin binasına daxil olaraq əlillik dərəcəsi ala bilmədiklərini bildirib, əksər hallarda rədd cavabı almaları və komissiyaya gec çağırılmalarından şikayətləniblər. 

Bu məsələdən xəbərdar olmadığını və daha çox beynəlxalq mövzularda müsahibə verdiyini deyən  YAP-çı deputat Elman Nəsirov  "Sherg.az"a  açıqlama verməkdən imtina edib. Parlament üzvü bildirib ki , iqtisadi və daxili siyasət üzrə formalaşmış başqa millət vəkillərimiz var:
“Xahiş edirəm onlardan məlumat alın".

Nihat Müzəffər