Ötən ay 17 nəfərə elmi dərəcə, dörd nəfərə elmi ad verilməsindən imtina edilib

Ötən ay 17 nəfərə elmi dərəcə verilməsindən imtina edilib.
Bu barədə “Report”a Prezident yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.
Bundan başqa, may ayı üzrə 25 nəfərə fəlsəfə doktoru, üç nəfərə elmlər doktoru dərəcəsi verilib. Həmin müddətdə 28 nəfərə dosent, dörd nəfərə professor elmi adı verilib, dörd nəfərə isə elmi ad verilməsindən imtina edilib. Eyni zamanda, bir nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb.