Bakıda yeniyetmə qız yoxa çıxdı

Bakıda yeniyetmə qız yoxa çıxıb. 
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib. 
15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə, 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.