ETSN: Çaylarda sululuğun artacağı gözlənilir

Regionda yağan intensiv yağışlar nəticəsində, iyunun 26-27-də Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsində əhəmiyyətli artım müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, bunun nəticəsində yaxın sutka ərzində Qazax, Ağstafa, Tovuz rayonlarının Kür ətrafı ərazilərində sululuğun yüksək olacağı gözlənilir.

VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahan keçiriləcək
Dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO - VİDEO
“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” konfransına hazırlıq davam edir
Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində qeydə alınan sululuq keçən illə müqayisədə 5-6 dəfə çox olmaqla, ongünlük normanın 165 faizini təşkil edir.


Son günlər ölkə ərazisinə yağan intensiv leysan yağışlar nəticəsində Kiçik Qafqaz ərazisindən axan bəzi çaylarda da sululuq artıb, qısamüddətli sel keçməsi müşahidə olunub.

Qeyri-sabit hava şəraitinin iyun ayının sonunadək davam edəcəyini nəzərə alaraq respublika çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.