Tramp Putinlə 7 dəfə danışıb, gizli "hədiyyə" göndərib...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp postunu tərk etdikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə 7 dəfə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə amerikalı tanınmış jurnalist, yazar Bob Vudvord özünün qələmə aldığı “Müharibə” kitabında qeyd edib.

O bildirib ki, hətta COVİD-19 pandemiyasının qızğın vaxtında Ağ Evin sabiq rəhbəri Putinə gizli şəkildə test aparatları göndərib.