Britaniyalılar su qıtlığının təsirlərini azaltmaq üçün duşda keçirdikləri vaxtı ən azı bir dəqiqə azaltmalıdırlar.
Hökumət proqramı çərçivəsində krallığın hər bir sakini 2050-ci ilə qədər gündəlik su istifadəsini 25% (gündə 145 litrdən 110 litrə qədər) azaltmalıdır. Mütəxəssislərin fikrincə, 25 ildən sonra Britaniyanın öz əhalisini təmin etmək üçün gündə əlavə 4 milyard litr suya ehtiyacı olacaq.
Bu ehtiyacı nəzərə alaraq, ölkədə 1992-ci ildən bəri ilk dəfə su anbarı tikmək qərarına alınıb. Tikintinin 2029-cu ilə qədər tamamlanacağı gözlənilir.
Mənbə: TASS