FETÖ liderinin nəvəsi ABŞ zabitidir

  Fətullahçı Terror Təşkilatının lideri Fətullah Gülənin qardaşı Seyfullah Gülənin qızı Hansa Zeyneplə evli olan və təşkilatın "kürəkən dəstəsi"ndə yer alan Adem Kalaçın oğlu Hayrettin Kalaçın hərbidə xidmət etdiyi öyrənilib. O, ABŞ ordusunda leytenant imiş.
  "Sherg.az" qəzeti Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-də dəbdəbəli və rahat həyat sürən FETÖ lideri Fətullah Gülənin yaxın çevrəsinin təşkilatın varlığını təmin edən dini dəyərlərdən uzaq həyat tərzi üzə çıxıb. Təşkilatın lideri Gülənin qardaşı Seyfullah Gülənin qızı Hansa Zeyneplə evli olan, Adem Kalaçın 15 iyul çevriliş cəhdindən əvvəl ABŞ-də qurulan və fəaliyyət göstərən "Ebru TV"nin meneceri olduğu da üzə çıxıb. 

FETÖ liderinə "Rahat uyu" deyən jurnalistlə bağlı qərar..

  Adem Kalaçın son ana qədər Fətullah Gülənin yanından ayrılmayan “Uzun Cövdət” ləqəbli Gülənin qara qutusu Cevdet Türkyolunun da baldızı olduğu bildirilir. “Damad” heyətində yer alan və Hansa Zeyneplə evli olduğu üçün çox güclü əli olan Adem Kalaçın 4 övladı olduğu və onlardan biri Hayreddin Kalaçın ABŞ əsgəri olduğu da məlum olub. Hayreddin Kalaç Nyu-Cersidə ABŞ ordusu üçün zabitlər hazırlayan "Rutgers" Universitetində "The Scarlet Knight Battalion-Army ROTC"də oxuyub. 23 may 2023-cü ildə məktəbi leytenant rütbəsi ilə bitirib və atası Adem ilə məzuniyyətə qatılıb. Məzuniyyət mərasiminə təşkilatın idarə heyətində olan Kalaç və öz qardaşı qızı Fətullah Gülənin anası Hansa Zeynep Kalaçın da qatıldığı ifadə edilib. Həyatını ABŞ vətəndaşı kimi yaşayan Hayreddin Kalaç Amerika ordusunda zabit kimi vəzifəsini davam etdirir.