Xəzər rayonunda yerləşən "Rahat" marketin qabağında şam ağaclarının kəsilməsinə dair video yayılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova APA-ya açıqlamasında bildirib ki, sözügedən məsələ ilə bağlı artıq nazirliyin əməkdaşları araşdırmalara başlayıblar.
Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.