
Belə bələdiyyədənsə, olmasa yaxşıdır - AÇIQLAMA
05:04 06.11.2024
Siyasət
599
Bələdiyyə seçkiləri ilə bağlı iddialar mənasızdır, boş hay-küydür
Tural Abbaslı: “Nə siyasi partiyaların, nə ictimai xadimlərin, nə də kənd camaatının bələdiyyələrdə təmsil olunmağa marağı var”
Noyabr ayının 1-də Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkiləri barədə həmin günə təyin edilmiş iclası keçirilməyib. Bu da "bələdiyyə seçkiləri təxirə salındı" xəbərlərinin yayılmasına səbəb olub. Çünki Seçki Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq Azərbaycanda seçkilər səsvermə gününə ən azı 60 gün qalmış rəsmi dərc edilir. Bununla da, belə qənaətə gəlmək olar ki, 2024-cü ilin sonuna qalan təqvim günlərini hesabladıqda bundan sonra elan ediləcək bələdiyyə seçkisi 2025-ci ilə təsadüf edəcək. Xatırladaq ki, bundan əvvəlki bələdiyyə seçkiləri hər 5 ildən bir dekabrın 23-də keçirilib. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib.
AĞ Partiyanın sədri Tural Abbaslı "Sherg.az"a deyib ki, Azərbaycanda bələdiyyə seçkiləri ətrafında məsələ həddindən artıq şişirdilir. Partiya rəhbəri bildirib ki, başqa dövlətlərdə bələdiyyə seçkiləri çox önəmli proses sayılır və seçkidə iştirak nisbəti güclü olur:

"Məsələn, qardaş Türkiyədə keçirilən bələdiyyə seçkiləri bütün ölkə əhalisinin diqqətini cəlb edir. Rəqabət o qədər yüksək olur ki, hətta qarşıdurma belə yaşanır. Amma Azərbaycanda bələdiyyə sistemi elə bir formada fəaliyyət göstərir ki, nə siyasi partiyaların, nə ictimai xadimlərin, nə də kənd camaatının bələdiyyələrdə təmsil olunmaq marağı olur. O baxımdan bələdiyyə seçkilərinin vaxtında keçirilməsi, yaxud təxirə salınması müzakirələri, iqtidarın seçki vaxtını məqsədli şəkildə uzatması barədə iddialar mənasızdır, boş hay-küydür. Qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri 5 ildən bir keçirilir. Məlumdur ki, bu ayda Bakıda COP29 tədbiri keçiriləcək. Görünür, əsas diqqət bu tədbirə yönəldiyi üçün bələdiyyə seçkiləri ilə bağlı mövcud qanunvericilikdəki boşluqdan istifadə edilir. Seçkilərlə formalaşan bələdiyyələr öz sədrlərini təxminən bir aydan sonra seçirlər. Bələdiyyələrin 5 illik fəaliyyət müddəti də sədr seçiləndən sonraya təsadüf edir. Yenə deyirəm, ölkəmizdə bələdiyyə seçkilərinin bir ay gecikdirilməsi strateji əhəmiyyət daşımır. Bu qərar sırf COP29-a görə verilib və hansısa fəlakət baş verməyib".
T.Abbaslı diqqətə çatdırıb ki, Azərbaycanda bələdiyyə seçkiləri populyar deyil: "Baxmayaraq ki, namizədlərin sayı prezident və parlament seçkilərindən dəfələrlə çox olsa da, bələdiyyələrin dişsiz bir qurum olduğu, ölkənin siyasi-ictimai, sosial həyatına təsir etmədiyi, təsir rıçağı olmadığı üçün heç kimin marağında deyil. Bir halda ki bələdiyyə sədrləri və müavinlərindən başqa heç kim maaş almır, indiki dövrdə ictimai əsaslarla kim öz vaxtını, enerjisini hədər edər?! Ona görə də seçkini bir ay yox, bir il də uzatsalar, cəmiyyətdə ajiotaj yaranmayacaq. Hətta daha radikal mövqem odur ki, bizdəki kimi bələdiyyəçilikdənsə, ümumiyyətlə, bu strukturların ləğvi daha faydalı olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveç yeni Arktika strategiyasını təqdim edib
22:31 01.06.2026
Dünya
Zaxarova: Rusiya konsulluğunun bağlanmasını cavabsız qoymayacaq
21:00 01.06.2026
Dünya
Tramp: İran danışıqları dayandırdığı barədə ABŞ-a məlumat verməyib
20:53 01.06.2026
Dünya
Edqars Rinkeviç İlham Əliyevi Latviyaya rəsmi səfərə dəvət edib
20:40 01.06.2026
Rəsmi
Ərdoğan CHP-dəki proseslərlə bağlı məsafə saxlayır - TƏHLİL
20:36 01.06.2026
Gündəm
Livanda hücumlar nəticəsində 3433 nəfər ölüb
20:28 01.06.2026
Dünya
KMBİ onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirib
20:23 01.06.2026
Aktual
“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
20:17 01.06.2026
Ölkə
Hakan Fidan Əraqçi ilə İran-ABŞ danışıqlarını müzakirə edib
19:44 01.06.2026
Gündəm
Ermənistanda bloger Vazgen Saqatelyanın ev dustaqlığı ləğv edilib
19:17 01.06.2026
Region
Bakıda şəhid atası gəlinini öldürüb
18:55 01.06.2026
Hadisə
Yevlax sakini Bakıda qətlə yetirilib, qaynı tutulub
18:34 01.06.2026
Hadisə
Uşaq Qaynar Xəttinə daxil olan müraciətlərin sayı açıqlandı
18:17 01.06.2026
Cəmiyyət