Bakı və Abşeronda tozlu hava şəraiti nə qədər davam edəcək?

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.
“Dispers toz hissəcikləri Nizami rayonunda 1,5, Səbail rayonunda 1,6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.