Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov daimi yaşayış yerini tərk edib.
Gömrük məntəqəsindəki kompüterdən çəkilən fotoda Azərbaycan əsilli bloqerin Rusiyanı tərk etdiyi görünür.
Bir neçə saat sonra isə Hüseyn Həsənov öz “Instagram” səhifəsinin hekayə bölməsində hava limanından video paylaşaraq “bir neçə günlük atamın yanına və sonra geriyə evə” cümləsini yazıb.
Bloqerin yerləşdirdiyi məlumatlardan onun Azərbaycanda olduğu ehtimal edilir.