Türkiyənin paytaxtı Ankarada “Əbədi Qardaşlıq-I Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr” təlimi keçirilib. Tədbirə Azərbaycan Ordusunun xüsusi təyinatlıları da qatılıblar.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün “Twitter” hesabından xəbər verib.
“Dost və qardaş ölkələrin ən sayılıb-seçilən qoşunları bir yerdə!” - qeydi ilə paylaşılan məlumatda təlimdə həmçinin Qətər, Qazaxıstan, Pakistan və Özbəkistandan olan xüsusi təyinatlıların da iştirak etdikləri vurğulanıb.