Tələbat ödənmir! - Fiber optik şəbəkə və infrastruktur lazımdır


Ölkədəki telekommunikasiya operatorların infrastrukturu hələlik bu tələbata cavab vermir
  “Mobil operatorların 5G xidməti göstərməsi üçün yüksək ötürmə qabiliyyəti olan fiber optik şəbəkə və infrastruktur lazımdır. Ölkədəki telekommunikasiya operatorların infrastrukturu hələlik bu tələbata cavab vermir”. Bu sözləri “Şərq”ə açıqlamasında Osman Gündüz deyib.
  "Delta Telecom"un "NOKİA" şirkəti ilə birgə ölkədaxili və regional şəbəkəsini modenrləşdirdiyini vurğulayan ekspertin sözlərinə görə, Bakı şəhərindəki mövcud 100 Gbps-lik şəbəkə birdən-birə 400 Gbps-ə qaldırılır. Regionda da 400GE IP texnologiyasını dəstəkləyən platforma qurulur: “Məlumata görə, tətbiq edilən "Nokia" texnologiyası trafiki daha çevik və səmərəli idarə etməyə, 5G baza stansiyalarını daha effektiv əlaqələndirməyə, yeni yüksək sürətli IP xidmətlərini təmin etməyə, həmçinin kiber təhlükəsizlik təhdidlərinə qarşı da üstün qorunma təmin etməyə imkan verəcək.
  Xatırladım ki, "Delta Telecom" tək Azəbaycan üçün deyil, İran, İraq, Tukmənistan, Özbəkistan, Əfqanıstan və sair ölkələrə də tranzit və internet xidmətləri göstərməkdədir”.