Bakının mərkəzində avtomobillərin hərəkəti iflic oldu - YENİLƏNİB + FOTO/VİDEO

“Sahil” metro stansiyasındakı tıxacın səbəbi su xəttində baş verən qəza deyil”.
Bu barədə “Azərsu” ASC-dən Oxu.Az-a verilən açıqlamda bildirilir.
Qeyd olunur ki, sözügedən ünvanda su xətlərində heç bir qəza baş verməyib.
15:45
Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, ilkin məlumata görə, nqəliyyat vasitələrinin hərkətində yaranan çətinliyə səbəb metronun “Sahil” stansiyası yaxınlığında su xəttində baş verən qəzadır.
Belə ki, məlumata görə, Səbail rayonunda, Bülbül prospekti ilə Xəqani küçəsinin kəsişməsindən keçən magistral su kəmərində qəza baş verib.
Nəticədə Xəqani küçəsi, Mirzə Fətəli Axundov adına kitabxana istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bu səbəbdən Bülbül prospektində böyük tıxac yaranıb.