Şəhid ailələrinin və əlillərin kredit və borclarının öhdənilməsi üçün xərclənən vəsait açıqlanıb 

Şəhid ailə üzvləri və müharibə əlillərinin istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə indiyədək 6 772 442 30 manat vəsait xərclənib.
"Report" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 2 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, bu istiqamətlər üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib: "Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 manat borc ləğv edilib".