Prezident Oruc Zalovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycanın daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.