Şəhid ailələri və qazilərə dəstək davam edir: mənzillərlə təmin olunacaqlar


“Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən dövlətimiz şəhid ailələri, müharibə əlilləri, veteranlara qayğı, diqqət göstərib”.
Bu sözləri “Sherg.az”a millət vəkili  Elman Məmmədov “Gələn il yanvarın 1-dək uçota alınacaq müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev də  bu xətti, siyasəti yüksək səviyyədə davam etdirir:

“Bu həssas məsələ ölkə liderinin fəaliyyəti dövründə həmişə gündəmdə olub, diqqətdə saxlanılıb. Hazırda da hər birimiz bu qayğını görürük. İlin sonuna yaxın dövlət başçımızın imzaladığı sərəncam da bunu bir daha təsdiq edir. Növbəti dəfə şəhid ailələri, müharibə əlillərinə mənzillərin, avtomobillərin verilməsi, müalicələrinə kömək olunması, işlə təminat diqqət mərkəzindədir. Məlum proses daim davam etdiriləcək. Bu kateqoriyadan olan insanlarımız həmişə dövlətimizin qayğısı ilə əhatə olunacaq".