Naxçıvandakı əməliyyatlar düzgündür:“Bakının əmrlərini yerinə yetirmirdilər”

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Vüsal Sevdimalıyev və “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov dindirilmək üçün Bakıya gətiriliblər.
Bildirilir ki, onlar vergidən yayınma, qaçaqmalçılıq və digər cinayətlərdə şübhəli bilinirlər.
Məlumata görə, hər iki şəxs Bakıda bir gecə DTX tərəfindən dindirildikdən sonra yoxlamaların davamı üçün yenidən Naxçıvana qaytarılıblar

Faktla bağlı "Sherg.az" a danışan “Ağ” Partiya başqanının müavini Əhəd Məmmədli bildirib ki, Naxçıvan Bakıdan verilən rəsmi əmirləri yerinə yetirmirdi:

"Naxçıvan ərazi baxımından ayrı düşdüyünə görə Muxtar Respublikadır. Özü-özünü idarə etməli idi. Əslində, Bakının dotasiyası ilə yaşayırdı. Naxçıvanda 400 mindən çox əhali var. Hazırda 100 mini ordadır, digər 300 mini Türkiyə və Bakıya pul qazanmaq üçün gedir. 
Naxçıvan rəhbərliyinin Bakının rəsmi  əmirlərini qulağardı etməsinin şahidi olurduq. Bu mənada orada əməliyyatların vaxtı gəlib çatmışdı. Orda baş verən özbaşınalığın bir sonu olmalıdır. 
Atılan addımlar çox düzgündür. Bunun axırı həmin ərazidən muxtariyyət statusunun alınmasına gətirib çıxarmalıdır”.

Şərqiyyə NƏBİ