Avropa İttifaqının səfiri: “Ağalıda təsirli inkişaf var” - YENİLƏNİB + FOTO

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Zəngilandan yeni paylaşım edib.

“Altı aydan sonra Ağalıda. Təsirli inkişaf! Burada yaşayan bir dost - Möhübbət Səmədovla tanış oldum. O, ailəsi ilə birlikdə buraya ilk qayıdan ailə kimi xoşbəxt həyat qurub. Səmədova və onun ailəsinə xoşbəxtlik və firavanlıq arzulayıram!” – deyə Mixalko “Twitter” hesabında yazıb.