Göygöldə içməli suyun verilişi bərpa olunub

Göygöl şəhərində bir neçə gün kəsilmiş içməli suyun verilməsində yaranan problemlər aradan qaldırılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, artıq Göygöl şəhərinin içməli su ilə təmin edən əsas boru kəməri təmir olunub və suyun verilişi bərpa edilib.
Xatırladaq ki, şəhərə gələn su xəttinin Toğanalı kəndi ərazisindən keçən diametri 450 mm olan plastik magistral hissəsində fəsad yaranmışdı. Bu səbəbdən bir neçə gün şəhərin içməli suyun verilməsində problemlər olmuşdu.