Bakıda II Bütöv Azərbaycan Forumu işə başlayıb

Dekabrın 17-də Bakıda II Bütöv Azərbaycan Forumu keçirilib. 

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə baş tutan Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, bütöv Azərbaycanın problemlərinə vahid müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdır.

Forumda Azərbaycanın cənubunu təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak ediblər. 

Bütöv Azərbaycan Ocaqlarının Dil-Tarix-Coğrafiya Qurumunun sədri Anar Can Kıtay forumu Azərbaycanın bütövləşməsi yolunda atılmış çox ciddi bir addım hesab edib. 

O vurğulayıb ki, Türkiyə parlamentindən cənab Şamil Ayrım forumda iştirak edə bilməsə də, təbrik məktubu göndərib: 

"Deputat Fəzail Ağamalı başda olmaqla Azərbaycan parlamentindən millət vəkillərinin də iştirakı artıq bizim bu ideyanı dövlətlər səviyyəsinə getirib çıxarmayı bacarmamız deməkdir. Fars faşist molla rejiminin “millət vəkilləri”, “dövlət rəsmiləri” illərdir Türkiyə və Azərbaycana qarşı səviyyəsiz çıxışlar edib öz səviyyəsiliklərini göstərirlər. Bizlər isə bu forumu uğurla başa çatdıraraq gələcəkdə quzeyli güneyli bütövlükdə 50 milyonluq Azərbaycan xalqının problemlərini dilə gətirdik. Koordinasiya şurası yaradılmağını təklif verdik. Artıq dünya da görürki Azərbaycan, 1946-dan bu yana ilk dəfə bütövləşməyə bu qədər yaxınlaşıb".