İsrail Sinvarın yeni görüntüsünü yaydı: ailəsi ilə… - VİDEO

HƏMAS-ın keçmiş lideri Yəhya Sinvarın 6 oktyabr 2023-cü il tarixində - İsrailə hücumdan bir gün öncə Qəzza zolağında yeraltı tuneldən köçməsinin görüntüləri yayılıb.

Axar.az xəbər verir ki, görüntüləri İsrail ordusunun sözçüsü Daniel Haqari paylaşıb.

O bildirib ki, hücumdan bir gün əvvəl Sinvar ailəsi ilə birgə başqa əraziyə köçüb.

Qeyd edək ki, Yəhya Sinvar 16 oktyabrda İsrail ordusunun planlaşdırmadığı əməliyyatda öldürülüb. Belə ki, İsrail əsgərləri təsadüfən HƏMAS üzvlərini aşkarlayıblar və atışma başlayıb. Daha sonra atəşin gəldiyi yer tank mərmisi ilə vurulub. PUA isə mərminin dağıtdığı binada Yəhya Sinvarın yaralı halda olduğunu aşkarlayıb və İsrail snayperi onu başından vuraraq öldürüb.

İsrail Sinvarın öldüyünü 17 oktyabrda təsdiqləyib.