Azərbaycanda kişi həyat yoldaşını bıçaqlayıb

Bu gün Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub. 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon sakini 1968-ci il təvəllüdlü Əflatun Kərimov münaqişə zəminində 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 
Polis əməkdaşları tərəfindən Ə.Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.